XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 14:02

Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb –FOTO

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi – “Czechoslovak Group”un rəhbərliyi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti və onların istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim olunub.