XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

19 Oktyabr 2018 - 18:42

Badamdardakı sürüşmə zonasında son vəziyyət –Ərazi üzərində kiçik uçqunlar qeydə alınıb

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin saat 18:00-a olan nəticəsi açıqlanıb.

Strateq.az nazirliyə istinadən bildirir ki,  sürüşmə sahəsində əsasən gərginlik qalmaqdadır:

“Ərazi üzərində kiçik uçqunlar qeydə alınıb. Sürüşmə sahəsinin sağ və sol hissəsində olan çatlarda nisbi aktivlik müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib”.