XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 October 2018 - 15:20

Səfail Əliyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib- Sərəncam

Prezident İlham Əliyev Səfail Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Səfail Məhrəməli oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.