XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

20 Oktyabr 2018 - 18:45

Qərargah:"Badamdar sürüşmə zonasında aktivlik davam etməkdədir"

Badamdar sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən aktivlik davam etməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Report”a verilən məlumata görə, sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşməniin üst hissəsində uçqunlar baş verib.

Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılan mayaklarda isə dəyişiklik baş verməyib.