XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

20 Oktyabr 2018 - 19:47

“Neftçi” Azərbaycan Premyer Liqasında ilk dəfə məğlub olub

Futbol üzrə Azərbaycan Premyer Liqasındaı II dövrəyə start verilib.

“Report” xəbər verir ki, VIII turun açılış matçında “Qəbələ” doğma azarkeşlər önündə “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qol 14-cü dəqiqəyə təsadüf edib. Ceyms Adeniyi komandasını hesabda önə çıxarıb. İkinci qol isə 57-ci dəqiqədə vurulub. Stiven Monroz hesab arasındakı fərqi artırıb.

Ceyms Adeniyi 77-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. Meydan sahiblərinin heyətində Təmkin Xəlilzadə 67-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+4-cü dəqiqədə Kvame Karikarı qonaqların təsəllini qoluna imza atıb.

Bu nəticədən sonra “Qəbələ” xallarının sayını 8-ə yüksəldərək, 5-ci pillədə qərarlaşıb. Premyer Liqada ilk məğlubiyyətini alan “Neftçi” isə 19 xalda qalıb.

Qeyd edək ki, günün digər matçında “Qarabağ” “Səbail”i qəbul edəcək. Tura sabah keçiriləcək “Sumqayıt” – “Sabah” və “Keşlə” – “Zirə” matçları ilə yekun vurulacaq.