XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

20 Oktyabr 2018 - 20:50

İngiltərə Premyer Liqası:“Çelsi” məğlubiyyətdən son dəqiqələrdə xilas olub

Oktyabrın 20-də “Çelsi”-“Mançester Yunayted” oyunu ilə İngiltərə Premyer Liqasının 9-cu turuna start verilib.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada hesabı 21-ci dəqiqədə “Çelsi” klubu açıb. Villianın künc zərbəsindən ötürməsini mərkəz müdafiəçisi Antonio Rudiger başla dəqiq tamamlayıb – 1:0. Birinci hissə meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra irəli atılan Joze Maurinyonun yetirmələri 55-ci dəqiqədə oyunda tarazlılığı bərpa ediblər. Antoni Martial müdafiəçilərin səhvini bağışlamayıb – 1:1. Qarşılaşmanın 73-cü dəqiqəsində fərdi ustalığı sayəsində rəqibin iki futbolçusunu keçən A.Martial qapıya qüvvətli zərbə endirərək dublunu rəsmiləşdirib – 2:2.

Lakin bu da oyunda son qol olmayıb. Matça əlavə olunan vaxtın son dəqiqəsində (90+6) meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Ross Barkli adını tabloya yazdırıb.

Beləliklə, turun açılış matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu oyundan sonra “Çelsi” xallarının sayını 21-ə, “Mançester Yunayted” isə 14-ə çatdırıb.