XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 12:39

ABŞ səfirindən Strateq.az-ın təhlilinə reaksiya:"Minsk qrupu prosesi sülh yolu ilə irəli aparmaq istəyən bir qrupdur”

 

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllinə çalışaraq məsələni irəli aparmaq istəyən bir qrupdur”.

Apa.az-ın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, Minsk qrupu həmsədrləri, o cümlədən Ceyms Uorlik bununla bağlı bəyanat yayıb:

"Onların fəaliyyətləri uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yönəlib. Bu isə ATƏT-in prinsiplərinə uyğun kontekstdə həyata keçirilən fəaliyyətdir”.

Səfir bildirib ki, NATO üzvləri azad və sülhün bərqərar olduğu Avropa görmək istəyir:

"Bu məqsədə nail olmaq üçün NATO-ya üzv ölkələr birgə fəaliyyət göstərərək Helsinki və BMT prinsipləri əsasında münaqişələrin birgə həlli üçün çalışmalıdırlar".