Bu gün Təl-Əvivdə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.