XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 14:02

Ukraynada itkin düşən azərbaycanlı biznesmen tapılıb- 2 il sonra

Ukraynanın Luqansk vilayətində 2 il əvvəl itkin düşən azərbaycanlı iş adamı tapılıb.

“Report”un əldə etdiyi məlumata görə, 2016-cı ildə Melovskiy rayonu ərazisində itkin düşən, əslən Azərbaycanın Tovuz rayonundan olan, 1977-ci il təvəllüdlü Quliyev Alı Tayfur oğlu Donetsk şəhəri ətrafında sərbəst buraxılıb.

Onun bu müddət ərzində özünü tanınmayan “Luqansk Xalq Respublikası”na bağlı olduğunu bildirən silahlı dəstə tərəfindən girov saxlanıldığı bildirilir. A.Quliyev hazırda Donetsk şəhərindədir.

Azərbaycanlı iş adamı kənt təsərrüfatı biznesi ilə məşğul olub.