XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 16:48

AMEA-nın fəxri medalları təsis ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatlarının verilməsi üzrə qaydalara dəyişiklik edilib.

“Report” xəbər verir ki, Rəyasət Heyəti adlı mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə müsabiqənin iki ildən bir elan edilməsini qərara alıb.

Qərarda AMEA-nın adlı mükafatlarının fəxri medallarla əvəz edilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması da əksini tapıb.

Eyni zamanda, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Təhsil şöbəsinin yaradılması ilə bağlı qərarlar qəbul edilib.