XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 21:17

“Qəbələ”nin UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi müəyyənləşib- “Herta” ilə üz-üzə gələcək

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi bəlli olub.

“Report” xəbər verir ki, Emin İmaməliyevin baş məşqçi olduğu kollektiv növbəti mərhələdə Almaniyanın “Herta” klubu ilə üz-üzə gələcək.

Berlin təmsilçisi I mərhələnin cavab oyununda səfərdə Polşa “Lex”ini 3:2 hesabı ilə üstələyib. Komanda doğma meydandakı matçda isə rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Qəbələ” və “Herta” klubları arasındakı ilk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də Almaniyada keçiriləcək.

Xatırladaq ki, “Qəbələ” UEFA Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.