Avstriya Azərbaycana yeni səfir təyin edib.
Strateq.az “Report”a istinadən xəbər verir ki, diplomatik nümayəndəliyə Aleksandr Bayerl rəhbərlik edəcək. O, Bakıya noyabr ayında gələcək.
Xatırladaq ki, bu ölkənin Azərbaycanda hazırkı səfiri Aksel Vexinin diplomatik missiyası başa çatmaq üzrədir.