ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Azərbaycandan Ermənistana gedib.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bolton səfər zamanı oktyabrın 25-də Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, müdafiə naziri David Tonoyan, xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşəcək/Report.
Xatırladaq ki, Bolton Ermənistandan sonra Gürcüstana gedəcək.