“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi bəlli olub.
Emin İmaməliyevin baş məşqçi olduğu kollektiv növbəti mərhələdə Almaniyanın “Herta” klubu ilə üz-üzə gələcək.
Berlin təmsilçisi I mərhələnin cavab oyununda səfərdə Polşa “Lex”ini 3:2 hesabı ilə üstələyib. Komanda doğma meydandakı matçda isə rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Qəbələ” və “Herta” klubları arasındakı ilk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də Almaniyada keçiriləcək.
Xatırladaq ki, “Qəbələ” UEFA Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb/Report.