Bu gün “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq.
Strateq.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda saat 20:55-də başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Onu da qeyd edək ki, “Qarabağ” ilk turda səfərdə “Sportinq”ə 0:2, növbəti görüşdə Bakı Olimpiya Stadionunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.