XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

26 Aprel 2015 - 19:46

YAP-çı “91-lər”-dən birinin övladı “erməni soyqırımı”nı tanımağa çağırdı – FOTO

cavid.jpg

Məşhur azərbaycanlı KVN-çi (Şən və Hazırcavablar Klubu), əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü Cavid İmamverdiyev azərbaycanlıları ermənilərin qarşısında tövbə etməyə çağırıb.

Strateq.az bildirir ki, aprelin 24-də qondarma “erməni soyqırımı” günü rusiyalı teleaparıcı Tina Kandelaki facebookdakı rəsmi səhifəsində status yazıb. O bildirib ki, yarı ermənidir və 24 apreli “bütün ermənilər üçün kədər günü” adlandırıb.

“Mən yarıyadək erməniyəm. Biz günahsız öldürülənlər, erməni olduğu üçün öldürülənlərə görə dua edirik. Erməni xalqının gücü və ruhu ondadır ki, oğul və qızları harada yaşamaqlarından asılı olmayaraq bu gün hər bir şəxs görünməz iplə bir-birinə bağlıdır və bu, bütün dünyaya göstərir ki, erməni xalqını sındırmaq olmaz” – deyə Kandelaki bildirib.

Bu status teleaparıcının azərbaycanlı fanatları arasında kəskin narazılıq doğurub və onlar öz cavablarında Xocalıda baş vermiş real soyqırımı göstəriblər.

Lakin azərbaycanlılar arasında Kandelakini dəstəkləyərək həmvətənlərini ermənilər qarşısında tövbə etməyə çağıran şəxs də tapılıb. Bu, “Parni iz Baku” KVN komandasının keçmiş iştirakçısı Cavid İmamverdiyevdir.

“Təsadüfən bu müzakirələrlə qarşılaşdım və ermənilərin azərbaycanlıları, azərbaycanlıların isə erməniləri necə həvəslə təhqir etməsindən dəhşətə gəldim. Uşaqlar, bəlkə daha bəsdir? Bəli, etiraf etmək lazımdır ki, Türkiyədə soyqırımı olub, Xocalı və Sumqayıt və tariximizin digər dəhşətli məqamları olub. Bütün bunları etiraf etmək, başsağlığı vermək və tövbə etmək lazımdır. Biz qədimdən qonşuluqda yaşayırıq, bəzi dostlarımızın damarlarından həm azərbaycanlı, həm də erməni qanı axır. Ermənistan və Azərbaycandan kənarda əvvəlki kimi birlikdə biznes qururlar. Uşaqları nifrətə öyrətmək lazım deyil. Yenidən əsrlərlə yaşadığımız kimi yaşamağa cəhd göstərmək lazımdır. Sülh və razılıq dünyasında” – deyə C.İmamverdiyev yazır.

Virtualaz.org saytı xatırladır ki, C.İmamverdiyev YAP-ın qurucularından olan sabiq deputat Sudeyif İmamverdiyevin oğludur. C.İmamverdiyev hazırda “Yaddaş” kinostudiyasının direktorudur. Bu kinostudiya isə Azərbaycan hökumətinin və Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan tarixi və etnoqrafiyası üzrə bütün layihələrini icra edir.

tina.jpg

tina2.jpg