XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 16:49

Bakıda güclü külək faciəyə səbəb oldu –Ağac üç qadının üzərinə aşıb, birinin durumu ağırdı

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək nəticəsində ağac aşıb və yaxınlıqdakı 3 qadının üzərinə düşüb.

Bu barədə mətbuata Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Onun sözlərinə görə, yaralılar 3 saylı xəstəxanaya yerləşdirilib. Xəsarət alan qadınların 31, 35, 39 yaşlarındadır. Onlardan birinin vəziyyəti ağır olsa da, stabildir. Digərlərinin isə durumu orta-ağırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən güclü külək nəticəsində paytaxtın müxtəlif istiqamətlərində ağac qırılıb. (virtualaz.org)