XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 19:36

Elmar Məmmədyarov BMT Baş katibinin müavini ilə görüşüb –Fikir mübadiləsi aparılıb

Xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar əməkdaşlıq üzrə müavini Rəşid Xalikov ilə görüşüb.

XİN-dən Strateq.az-a verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən Rəşid Xalikov VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilatçılığına görə təşəkkürünü bildirib.

Azərbaycanın bu gün donor ölkə qismində çıxış etdiyini vurğulayan BMT rəsmisi ölkəmizin humanitar yardım sahəsində fəaliyyətini qiymətləndirib və bu xüsusda, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə, eləcə də İndoneziyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı Azərbaycan tərəfindən göstərilən yardımları qeyd edib.

Ölkəmizin BMT çərçivəsində həyata keçirilən humanitar layihələrdə fəal iştirak etdiyini bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın yardım alan ölkədən donor ölkəsinə çevirildiyini diqqətə çatdırıb. Bu baxımdan, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti və həyata keçirdiyi humanitar və inkişafa yardım proqramları haqqında qarşı tərəfə məlumat verilib.

Tərəflər həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi ilə Azərbaycan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri üzrə fikir mübadiləsi həyata keçirib.