XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 20:45

Zakir Həsənov Aleksandr Zuyevlə regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib –FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.