XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 21:30

Bakıda 178 ölkədən Gənc Parlamentarilərin V Qlobal Konfransı keçiriləcək –XİN-də görüş

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.

XİN-dən Strateq.az-a verilən məlumata görə, görüş zamanı tərəflər 2018-ci ilin dekabr ayında Bakıda keçiriləcək Gənc Parlamentarilərin V Qlobal Konfransının Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Sözügedən tədbir çərçivəsində dünyanın 178 ölkəsindən gənc parlamentarilərin Azərbaycanda gedən inkişaf proseslərini daha yaxından tanımaq imkanı əldə edəcəkləri xüsusilə qeyd olunub.

E.Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti olmaqla yanaşı, Meksikanın millət vəkili olan Qabriela Kuevas Barron ilə Azərbaycan Meksika ikitərəfli münasibətləri üzrə fikir mübadiləsi aparıb. Münasibətlərin inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edən tərəflər qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verəcəyini vurğulayıb.

Görüş zamanı eləcə də digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.