XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 October 2018 - 22:53

“Qarabağ” “Vorskla”ya uduzdu, “Arsenal” isə yenə qələbə qazandı –UEFA Avropa Liqası

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” Ukraynanın “Vorskla” komandası ilə meydana çıxıb.

Strateq.az bildirir ki, oyunun ilk hissəsində qol səsi çıxmayıb.

İkinci hissədə isə qonaqlar qola imza atıb. Belə ki, 48-ci dəqiqədə Kulaç hesabı açıb – 0:1.

Oyun bu hesabla başa çatıb.

Qrupdakı digər oyunda “Arsenal” “Sportinq”i səfərdə məğlub edib – 0:1

Qeyd edək ki, bu oyundan sonra qrupda “Arsenal” 9 xal lider, “Sportinq” 6 xalla ikinci, “Vorskla” 3 xalla 3-cü pillədə qərarlaşıb. “Qarabağ” isə xalsızdır.