XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 09:18

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 30 dəfə pozub –Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Strateq.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonunun işğal altında olan Cəvahirli, Seyidli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.