XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 18:48

Prezident İlham Əliyev Ucar rayonunda yol tikintisinə 9,7 milyon manat ayırıb –SƏRƏNCAM

Oktyabrın 26-da Prezident İlham Əliyev “Ucar rayonunun Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən 36 min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.