XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 20:47

İngiltərə Premyer Liqası:“Liverpul” “Kardiff”i 4:1 hesabı ilə məğlub edib

Oktyabrın 27-də İngiltərə Premyer Liqasının 10-cu turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu “Enfild” stadionunda keçirilib.

“Liverpul” doğma meydanda “Kardiff”i qəbul edib. Qarşılaşmanın favoriti sayılan “Liverpul” ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Onuncu dəqiqədə “Kardiff” müdafiədə səhvə yol verib. Topa birinci yetişən Məhəmməd Salah rəqibin səhvini bağışlamayıb – 1:0. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra 66-ci dəqiqədə meydan sahibləri hesab arasındaki fərqi iki topa çatdırıb. Sadio Mane adını tabloya yazdırıb – 2:0. Matçın 77-ci dəqiqəsində “Fulhem” qollardan birinin əvəzini çıxıb. Kallum Paterson fərqlənib – 2:1. Qarşılaşmanın 84-cü və 87-ci dəqiqələrində “Liverpul” ardıcıl iki top vuraraq oyunda son hesabı müəyyən edib – 4:1. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Bu gün keçirilən turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Brayton” – “Volverhampton” – 1:0

“Fulhem” – “Bournemouth” – 0:3

“Sothampton” – “Nyukasl” – 0:0

“Votford” – “Haddersfild” – 3:0.