XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 22:47

“Barselona”nın baş məşqçisi:"El Klasiko Messi və Ronaldusuz daha az maraq doğurmayacaq"

“Bu komanda ilə oyunlarımız həmişə emosional keçir və hərtərəfli hazırlıq tələb edir. Sabahkı görüş maraqlı oyun həftəsinin kulminasiyası olacaq. Bilirik ki, rəqib böhranlı vaxtında daha təhlükəli təsir bağışlayır və bu, bizim üstünlükdür”.

“Report”un məlumatına görə, bunu “Barselona” klubunun baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasının X turunda “Real Madrid”lə keçirəcəkləri oyun barədə danışarkən deyib. Təcrübəli mütəxəssis “kral klubundan yaxşı oyun gözlədiyini bildirib: “Bizi “Real Madrid”in daxili situasiyası yox, oyunu maraqlandırır. Madridlilər oyundan-oyuna gözəl çıxış edirlər. İndi bu komandanın çətin dövrüdür. Lakin onların kifayət qədər əla oyunçuları var. Onlar ciddi itkiləri kompensasiya edə bilərlər”.

Valverde zədə üzündən oyunu buraxacaq kapitan Lionel Messinin yoxluğunda da güclərini göstərməyə hazır olduqlarını vurğulayıb: “Biz təşəbbüsü ələ almalı, Lionel Messi ilə və onsuz da güclü olduğumuzu göstərməliyik. Kriştianu Ronaldu mövsümün əvvəlindən “Real Madrid”də deyil, Messini isə bir həftə əvvəl itirmişik. Lakin bu, gözəl futbol üçün maneə olmamalıdır. El Klasiko onlarsız da daha az maraqlı olmayacaq”.

Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək “Barselona” – “Real Madrid” matçı Bakı vaxtı ilə saat 19:15-də başlanacaq. Daha əvvəl El Klasikoya görə Azərbaycan Premyer Liqasında IX turun “Neftçi” – “Qarabağ” görüşünün saat 17:00-da başlanacağı məlum olub.