XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

28 Oktyabr 2018 - 18:08

XİN ABŞ-da silahlı hücum zamanı ölənlərin yaxınlarına başsağlığı verdi –"Nifrət və şiddətsiz daha yaxşı dünya üçün bir yerdə olaq"

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Pittsburq şəhərində sinaqoqa edilən hücumda ölənlərin ailələrinə başsağlığı verib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb. “Pittsburq sinaqoqunda baş vermiş cinayətə görə kədərlənirik. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Nifrət və şiddətsiz daha yaxşı dünya üçün bir yerdə olaq”, – deyə L.Abdullayeva yazıb.

Qeyd edək ki, oktyabrın 27-də silahlı şəxs Pittsburqdakı sinaqoqlardan birinə gələnlərə atəş açıb. Son məlumatlara görə, hadisə nəticəsində 11 nəfər ölüb. (Report)