XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

28 Oktyabr 2018 - 20:46

Şəmkirdə faciə –Yeddi yaşlı qızı avtomobil vurub öldürdü

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı Sənan Elbrus oğlu Məmmədov idarə etdiyi avtomobillə 2011-ci il təvəllüdlü yerli sakin Məmmədova Zəhra Telman qızını vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də Şəmkir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.