XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2018 - 22:10

“Barselona” “Real”ı darmadağın elədi –"El Klassiko"da 6 qol səsi çıxdı

Bu gün “El Klassiko”da dünyanı hakim kəsildiyi İspaniya derbisi baş tutub.

Strateq.az bildirir ki, “Barselona” evində “Real Madrid”i qəbul edib.

Oyuna üstün başlayan “Barselona”dan qolları Luis Suares (30-cu dəqiqə – penalti, 75 və 83-cü dəqiqələr), Filippe Koutinyo (11-ci dəqiqə) və Arturo Vidal (87-ci dəqiqə) vurublar.

“Real Madrid”in yeganə qolunu oyunun 50-ci dəqiqədə Marselo vurub.

Beləliklə, oyun 5-1 hesabı ilə kataloniyalıların xeyirinə başa çatıb.

Xatırladaq ki, bu qələbədən sonra xalını 21-ə çatdıran “Barselona” turnir cədvəlində birinci yerdə qərarlaşıb, “Real Madrid” isə 14 xalla doqquzuncu pillədədir.