XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 10:44

Azərbaycan, Türkiyə və İran XİN başçıları İstanbulda görüşəcəklər –Oktyabrın 30-da

Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüş keçirəcəklər.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Görüş zamanı nazirlər üç ölkə arasındakı gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcək və regional proseslər ətrafında fikir mübadiləsi aparacaqlar”, – bəyanatda deyilir. Xatırladaq ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçiriləcək.

Görüşlərdə iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Türkiyəyə işgüzar səfərə gedib.