XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 October 2018 - 12:03

Prezident İlham Əliyev Sahle-Uork Zevdeyə məktub göndərdi –Mətn

Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə təbrik məktubu ünvanlayıb.

Strateq.az Prezidentin rəsmi saytına istinadən həmin məktubun mətni təqdim edir:

“Hörmətli xanım Prezident,

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Efiopiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Efiopiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.