XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 15:04

AFFA baş hakimi Azərbaycan çempionatının oyunlarından kənarlaşdırıb –Qalmaqal

Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Qəbələ” oyununun baş hakimi Orxan Məmmədovun idarəçiliyi və oyundan sonra müxtəlif mənbələrdə səsləndirilən ayrı-ayrı fikirlərlə bağlı AFFA-nın Hakimlər Departamentində araşdırmalara başlanılıb. 

“Report”un məlumatına görə, bu barədə Departamentin sədri Frits Ştuxlik affa.az-a açıqlamasında bildirib. O deyib ki, araşdırmalar başa çatanadək O.Məmmədova təyinat verilməyəcək: “Təbii ki, hər turun oyunları diqqət mərkəzində saxlanılır, oyunlardan sonra müvafiq təhlillər aparılır. Son günlərin müzakirə mövzusuna çevrilmiş “Sumqayıt” – “Qəbələ” oyununda hakim idarəçiliyi də bu baxımdan istisna deyil. Həmçinin, oyundan sonra səsləndirilən bəzi fikirlərlə tanışıq. Hakimlər Komitəsi bir müddət əvvəl bütün hakimlərə, hakim-inspektor və AFFA nümayəndələrinə yazılı şəkildə bildirib ki, oyun dövrü istisna olunmaqla, klub nümayəndələri ilə hər hansı şəkildə ünsiyyət qurulmamalıdır. Zərurət yaranarsa, Hakimlər Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada elektron poçt vasitəsilə əlaqə saxlanılmalı, klub rəsmiləri ilə telefon danışığı da olmamalıdır. Müzakirə mövzusu olan məsələ ilə bağlı Hakimlər Komitəsinə bu günə qədər klub tərəfindən rəsmi müraciət daxil olmasa da, komitə bu məsələnin araşdırılmasına başlayıb. Araşdırma başa çatana qədər “Sumqayıt” – “Qəbələ” oyununun baş hakimi Orxan Məmmədov təyinat almayacaq”. 

F.Ştuxlik bir daha bəyan edib ki, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri təkcə təyinat aldıqları oyunlarda deyil, digər vaxtlarda da peşələrinin tələb etdiyi məsələlərə həssas yanaşmalı, açıqlamalarında, səsləndirdikləri fikirlərdə diqqətli olmalıdırlar.

Qeyd edək ki, “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı mətbuata açıqlamasında Orxan Məmmədovun ona Qəbələdə məşq üçün şərait yaratmadıqları üçün “qırmızı-qaralar”dan qisas alacağı ilə hədələdiyini bildirib/Report.