XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 17:26

Fövqəladə Hallar Nazirliyi xüsusi açıqlama yaydı:"Heç bir gərginlik olmayıb"

"Bəzi Kütləvi İnformasiya Vasitələrində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun fevralın 16-da ölkəmizin inşaat sektorunda çalışan sahibkarlarla keçirdiyi görüş zamanı yanlış olaraq sahibkarlar tərəfindən qaldırılan məsələlər ətrafında gərginlik yaşandığı, nazirliyin vəzifəli əməkdaşları barədə tənqidi fikirlər səsləndiyi qeyd olunur".

Strateq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi xüsusi açıqlama yayıb.

Bildirilib ki, prezidentin tapşırığına uyğun olaraq bu gün nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində inşaat sektorunda çalışan sahibkarlarla keçirilən görüş zamanı heç bir gərginlik yaşanmayıb və ya hansısa vəzifəli şəxs barədə tənqidi fikir səslənməyib. Görüş qarşılıqlı diskusiya, sual-cavab və müzakirə formatında keçirilib:

"Bununla bağlı bir daha Kütləvi İnformasiya Vasitələrini diqqətli olmağa, auditoriya qazanmaq məqsədilə yanlış, böhtan xarakterli məlumatlar yaymamağa və yaranan hər hansı sualla bağlı nazirliyin Mətbuat xidməti ilə əlaqə yaratmağa çağırırıq".