XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 14:32

Builki 1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir?- Rəsmi cavab

Məktəbdaxili qiymətləndirmənin yeni qaydaları təsdiqlənmədiyindən, 1-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmələr (KSQ) keçirilməlidir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmənin yeni qaydaları artıq Təhsil Nazirliyinin kollegiyası tərəfindən təsdiqlənib. Hazırda sənəd Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir.

E.Əmrullayev bildirib ki, bu sənəddə kiçik summativ qiymətləndirmələrlə bağlı dəyişikliklərin edilməsi təkcə 1-ci siniflər üçün nəzərdə tutulur: “1-ci siniflərdə kiçik summativlərin ləğvi nəzərdə tutulur. Bu sənəd əsasən müəyyən fənlər üzrə böyük summativ qiymətləndirmələrin (BSQ) sayının azaldılmasını nəzərdə tutur. Böyük summativlər isə tədris ilinin yarımilinin sonunda keçirilir. Gözləyirik ki, sənəd yaxın vaxtlarda təsdiq olunacaq. Yalnız bundan sonra sənəd hüquqi normativ status alacaq və təhsil ictimaiyyəti bununla bağlı məlumatlandırılacaq. Yeniliklə bağlı bir müddət əvvəl ictimaiyyəti məlumatlandırmışıq və müsbət reaksiya olub”.