XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 21:48

Futbol üzrə dünya çempionu həbs olunub- 2 il azadlıqdan məhrum edilib

İtaliya milli komandasının sabiq futbolçusu Vinçentso Yakvinta həbs olunub.

“Report” ANSA agentliyinə istinadən xəbər verir ki, o, qanunsuz odlu silah saxladığı üçün 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sabiq hücumçunu mafiya ilə əlaqələrinə görə 6 il cəza gözləyirdi. Lakin sonradan ona qarşı olan bu ittiham aradan qaldırılıb. Yakvintanın atası isə cinayətkar dəstə ilə əlaqələrə görə 19 il müddətinə həbs edilib.

Xatırladaq ki, V.Yakvinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın “Yuventus” və “Udineze” klublarında çıxış edib.