Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Biləsuvar rayonu ərazisində reyd keçirib.
Strateq.az ETSN-ə istinadən bildirir ki, reyd zamanı icazəsiz ov edən iki nəfər saxlanılıb:
“Araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub”.