XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 17:36

Poroşenko Türkiyəyə rəsmi səfər edəcək –Ərdoğanla nələr müzakirə olunacaq?

Ukraynanın Prezidenti Petro Poroşenko noyabrın 3-4-də Türkiyəyə rəsmi səfər edəcək.

Ukrayna Prezidentinin mətbuat xidməti xəbər verir ki, Poroşenko Türkiyədə Yüksək Səviyyəli Strateji Şuranın iclasında iştirak edəcək və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Noyabrın 3-də İstanbulda keçiriləcək 7-ci Yüksək Səviyyəli Strateji Şuranın iclasında ikitərəfli siyasi dialoqun əsas məsələləri, iqtisadi-ticari, elmi, texniki, müdafiə, sənaye, enerji, nəqliyyat, mədəniyyət, humanitar, təhsil və turizm sahələrində Ukrayna-Türkiyə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində Poroşenko 1919-1922-ci illərdə Ukrayna Xalq Respublikasının diplomatik missiyasının binası olan ərazidə memorial lövhənin, iki ölkə arasında diplomatik münasibətlərin 100 illiyi ilə bağlı arxiv sənədlər sərgisinin açılış mərasimlərində iştirak edəcək, İstanbul Universitetində Ukrayna dili və ədəbiyyatı bölməsində olacaq.

Bundan başqa, P.Poroşenko Antalya şəhərində Ukrayna konsulluğunun və “Ukrayna Evi” mədəniyyət mərkəzinin açılışında iştirak edəcək/Azərtac.