Ermənistan prezidenti Armen Sarkisyan cümə axşamı parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin təyin edilməsi barədə fərman imzalayıb.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Növbədənkənar seçkilər 9 dekabr 2018-ci tarixinə təyin edilsin. Fərman dərc olunduğu gündən qüvvəyə minir”, – deyə mətbuat xidmətinin yaydığı sənədin mətnində bildirilir/Report.