XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 09:18

Azərbaycan Ordusunda yeni Peyk Rabitəsi İdarəetmə Mərkəzi  istismara verilib –Nazirlik

General-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.

Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri Mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib.