XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2018 - 13:40

Zakir Həsənov həmsədrlərlə görüşdü –Cəbhə xəttindəki vəziyyəti müzakirə etdi (FOTO)

 Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qoşunların təmas xəttindəki son vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.