Azərbaycan Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Gənclər Fondunun nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərcləri maliyyələşdiriləcək.
Fonddan Trend-ə verilən məlumata görə, maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.
Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.
Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcək:
Milli qəhrəman övladları;
I, II və III qrup əlil olan gənclər;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
I qrup əlil valideyni olan gənclər;
Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
Aztəminatlı ailədən olan gənclər.
Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:
Bakı Dövlət Universitetinin Qazax filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
15 Azərbaycan Texnologiya Universiteti