XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 13:55

Argentina hökuməti Messini ittiham edir- Çirkli pulların yuyulmasında

Argentina hökuməti bu ölkənin milli komandasının və İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messini və atasını çirkli pulların yuyulmasında ittiham edib.

“Report” “Todo Noticias” telekanalına istinadən xəbər verir ki, prokuror Pablo Turano bununla bağlı ittiham irəli sürüb. O, 31 yaşlı hücumçuya məxsus xeyriyyə fondunun yoxlanılmasını tələb edib.

Prokuror hesab edir ki, fonda daxil olan ianələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb. Qanunsuz fəaliyyət 2012-2014-cü illərdə İspaniya və Argentinada baş verib. P.Turano fondun sabiq əməkdaşlarından birinin ifadəsi əsasında ittiham irəli sürüb. Onun sözlərinə görə, fonda daxil olan pullar sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunmayıb.

Qeyd edək ki, Messi daha əvvəl vergidən yayındığı üçün məsuliyyətə cəlb edilib. 31 yaşlı forvard 250 min avro cərimə ödəyərək, 21 aylıq həbsdən yayınıb.