XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 21:55

Azərbaycan Premyer Liqası:“Qarabağ” “Sumqayıt”a qalib gəlib

Noyabrın 3-də Azərbaycan Premyer Liqasının 10-cü turunun növbəti oyununda “Qarabağ” və “Sumqayıt” komandaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun ağdamlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin heyətində Simon Slavçev (25), Con Delarj (57) fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 25-ə çatdıran “Qarabağ” ikinci sıradakı mövqeyini qoruyub. Sumqayıtlılar isə 11 xalla 5-ci yerdə qərarlaşıblar.

Xatırladaq ki, Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi “Azərsun Arena”nın işıqlandırma sistemində problem yarandığından görüş Respublika Stadionunda keçirilib.