XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 23:50

Əfqanıstanda amerikalı hərbçi öldürülüb –NATO-dan açıqlama

Əfqanıstanın paytaxtı Kabildə təhlükəsizlik qüvvələrinin sıralarına yeridilmiş şəxsin hücumu nəticəsində bir amerikalı hərbçi həlak olub, biri isə yaralanıb.

Bu barədə NATO-nun “Qətiyyətli dəstək” missiyasının press-relizində deyilir.

Hazırda xəsarət alan hərbçiyə tibb yardım göstərilir. Həkimlər onun vəziyyətinin stabil olduğu bildirirlər.

Hücum edən şəxs əfqan əsgəri tərəfindən öldürülüb. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. NATO-ya üzv ölkələrin qüvvələri missiya çərçivəsində Əfqanıstanın güc strukturlarının təlimi ilə məşğul olur və onlara kömək göstərir/Azərtac.