XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Noyabr 2018 - 13:54

Göyərtisində 19 nəfər olan Polşa gəmisi batıb –Baltika dənizində

 

Şənbə günü axşam Polşanın göyərtəsində 19 nəfər olan gəmisi Baltika dənizində batıb.

“RİA Novosti” xəbər verir ki, bunu jurnalistlərə Polşa Dəniz Axtarış və Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Rafal Qoyetsk deyib.

“Şənbə günü axşam “Mietus” gəmisi dənizdə batıb. O, kommersiya məqsədi ilə dənizə çıxır və insanları balıq tutmağa aparırdı”, – deyə o bildirib.

Gəminin hansı səbəbdən batdığı hələ ki, məlum deyil. Xidmətin məlumatına görə, göyərtədə olan 19 nəfərin hamısı xilas edilib. Onların köməyinə Danimarka xilasediciləri gəlib. Əməliyyatda iki vertolyot və üç gəmi iştirak edib.

İdarədən qəza zamanı bir nəfərin başından xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.