XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 20:43

“Qəbələ”nin baş məşqçisi:"Kifayət qədər imkanlar olsa da, istifadə edə bilmədik"

“Bu oyuna qələbə üçün çıxmışdıq. Üç xal çox vacib idi. Oyunçularıma davamlı pressin etmələrini tapşırmışdım. İlk hissədə kifayət qədər imkanlar olsa da, istifadə edə bilmədik. İkinci hissədən isə çox narazıyam”.

Bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov evdə “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

– İkinci hissədəki zəif çıxışın səbəbi nə idi?

– İkinci hissədə çox zəif idik. Pressinq tətbiq edən oyunçular bir qədər müdafiəyə çəkildilər. Ona görə ola bilər.

– Ceyms Adeniyinin oyununda açıq-aşkar irəliləyiş var. Bunu nə ilə əlaqələndirirsiniz?

– Ceyms əvvəllər bu qədər yaxşı deyildi. Sonradan məşqlərdə özünü yaxşı tərəfdən göstərdi və gücünü sübut etdi.

– Cavid Hüseynov zədəli olduğuna görə ehtiyatda idi?

– İlk oyunu təhlil etdikdən sonra bu gün belə bir qərar verdik. O, bizim ən dəyərli oyunçumuzdur.

– Növbəti həftə “Qarabağ”ın qəbul edəcəksiniz. Məşqlərə Qəbələdə davam edəcəksiniz, yoxsa Bakıda?

– Bizim əksər oyunçularımız Bakıda yaşayır. Burada qalıb məşq edə bilməyəcəyik.

– Təmkin Xəlilzadə əvəzləməsində çox narazı idi.

– O, çox aqressiv futbolçudur. Əvəzləməyə ehtiyac olduğu üçün bu addımı atdım.

Report