XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 21:59

NATO-nun Norveçdə keçirdiyi təlimdə tankla hərbi maşın toqquşdu –4 əsgər yaralandı

NATO-nun Norveçdə keçirdiyi “Trident Juncture” adlı hərbi təlim zamanı 4 isveçli hərbçi xəsarət alıb.

Hərbçilər onların olduğu hərbi maşınla tankın toqquşması nəticəsində xəsarət alıblar.

Yaralılar hospitala yerləşdiriliblər. Onlardan ikisi yoxlamadan dərhal sonra tibb ocağını tərk edib, digər ikisi stasionar müalicə üçün saxlanılıb.

“Hərbçilərin həyatı üçün təhlükə yoxdur, amma onalrın vəziyyəti barədə məlumat verilmir”, – deyə “Belga” agentliyi qeyd edir.

Qeyd olunur ki, NATO-nun “Soyuq müharibə”nin başa çatmasında sonra ən iri hərbi təlimi oktyabrın 25-dən noyabrın 7-dək Norveçdə keçirilir. Təlimlərə alyansın üzvü olan 29 ölkədən, o cümlədən müttəfiq olan İsveç və Finlandiyadan ümumilikdə 50 min hərbçi cəlb olunub/Teleqraf.com.