XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

04 Noyabr 2018 - 21:34

Kanada səmasında iki təyyarə toqquşub –Səbəb bilinmir

Kanada səmasında iki təyyarə toqquşub.

Bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Ontario vilayətində, Ottava üzərində yerli vaxtla saat 10:11-də baş verib.

Təyyarələrdən biri toqquşmadan sonra qəzaya uğrayıb, digəri isə Ottava beynəlxalq hava limanında yerə uğurlu eniş edə bilib.

Qəza yerinə polis və həkimlər cəlb edilib.

Hadisənin başvermə səbəbi və xəsarət alanlarin olub-olmaması barədə məlumat verilmir/Report.