Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində bu gün "Fənərbaxça” Rusiyanın "Lokomotiv” komandası ilə ilk qarşılaşmadan inamlı qələbəylə ayrılıb.
Strateq.az xəbər verir ki, oyunun 18 və 72-ci diqiqələrində Jozef de Souza türk klubunun qollarına imza atıb.
Beləliklə, matçdan 2:0 hesablı qələbə ilə ayrılan "Fənərbaxça" növbəti tur üçün qapını aralayıb.