XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 19:53

Gürcüstanda kəskin qrip epidemiyasının yayılma təhlükəsi var –Xəbərdarlıq

Gürcüstanın Yoluxucu Xəstəliklərə Nəzarət Departamenti ölkə ərazisində kəskin qrip epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, xəbərdarlıqda dekabrın sonlarında ölkədə qrip virusunun güclü yayılma tendensiyasının olacağı bildirilir.

Departamentin rəhbəri Xatuna Zaxaşvili deyib ki, hazırda Gürcüstanda zökəm törədən rinovirus yayılıb. İlin sonunda isə qrip virusunun yayılma təhlükəsi çox böyükdür.

Əhalini qrip əleyhinə peyvənd olunmağa çağıran X.Zaxaşvili deyib ki, ölkə ərazisində yayılan infeksiyalardan qorunmayacaqları təqdirdə insanlar daha kəskin xəstəliklərə düçar ola bilərlər.