XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2015 - 07:16

İran Səudiyyəni hədələdi

Tehran Yəmənə dəstək üçün bütün variantları nəzərdən keçirir

İra xarici işlər nazirinin ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan bildirib ki, Səudiyyə Ərəbistanının Yəmənə münasibətdə hərəkəti və ölkəyə humanitar yardım çatdırılmasına qadağası cavabsız qalmayacaq.

Strateq.az İran nəşrinə əsasən xəbər verir ki, nazir müavini Tehranın Yəmən xaqına dəstək və təcili humanitar yardımın çatdırılması, həmçinin yaralıların daşınması üzrə istənilən variantı nəzərdən keçirdiyini qeyd edib.

İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Tehrandakı işlər vəkilini cümə günü çağırıb İranın Yəmənə humanitar yüklə yollanan təyyarələrinin yaxalanmasına görə qəti etirazını bildirib.